Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqroya qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, noyabrın 30-da “Dalğa Arena”da baş tutacaq qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: EMANUELA RUSTA.
Baş hakimin köməkçiləri: Erinda Kume, Miryeta Salla.
Dördüncü hakim: Soada Tuşay.