Rusiya çempionatında 15-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb. Kollektiv səfərdə “Rostov”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Qeyd edək ki, Azər də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.