Qəzetimizin ötən sayında “Mersedes”in Braziliya “Qran-pri”sinin 48-ci dövrəsində Lüis Hemiltonla Maks Ferstappen arasında yaşanan insidentə görə Beynəlxalq Avtoidman Federasiyasına müraciət etdiyini xəbər vermişdik.
Almaniya komandasının rəhbərliyi belə düşünür ki, Maks qaydaları pozub və buna görə cəzalanmalıdı. Dünən axşam saatlarında qalmaqalla bağlı yekun qərar verilib. Stüardlar “Mersedes”in sorğusunu rədd edib.
“Red Bull” da bu müraciəti təəccüblə qarşılayıb. Bu komanda belə hesab edir ki, Ferstappen qaydaları pozmayıb, bu üzdən stüardların insidenti araşdırmamaq qərarı doğrudu.