UFC-nin iki çəki dərəcəsində sabiq çempionu, irlandiyalı Konor Makqreqor bir daha UFC 264 turnirində amerikalı Dastin Porye ilə keçirdiyi döyüşün təəssüratını bölüşüb:
“Dastinin başı ağrıyırdı, mənim ayağım. Hələ demirəm ki, onun ayağı da zədələnmişdi. Onun ombasına yaxşı zərbə endirdim. Hiss edirəm ki, Porye ilə hələ işi bitirməmişik”.
Xatırladaq ki, bu döyüşçülər arasında iyulun 12-də Veqasda keçirilən 3-cü dueldə amerikalı texniki nokautla qələbə qazanıb. Buna 1-ci raundun sonunda irlandiyalının ayağının qırılması səbəb olub. Ötən ilin yanvarında Əbu-Dabidə keçirilən UFC turnirində də Porye Makqreqoru 2-ci raundda da texniki nokauta göndərmişdi. 2014-cü ildə keçirilən ilk döyüşdə isə Konor nokautla qalib gəlib.