Polşa çempionatında 15-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin formasını geyindiyi "Legiya" "Gornik"lə üz-üzə gəlib və 2:3 hesabı ilə məğlub olub.
Millimizin hücumçusu meydana 46-cı dəqiqədə Tomas Pekxartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, rəqiblərindən 2 oyun az keçirən "Legiya" hazırda turnir cədvəlində 9 xalla 17-ci, "Gonik" isə 18 xalla 11-ci pillədə qərarlaşıb.
"Gornik" - "Legiya" - 3:2
Qollar: Yanza, 37, Podolski, 39, Kubiça, 90+6 - Vietska, 52, Muçi, 54