Moldova çempionatında 18-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” “Balti” ilə üz-üzə gəlib və matçdan 1:0 hesablı qalibiyyətlə ayrılıb.
Həmyerlimiz mübarizəyə ilk "11-lik"də başlayıb. Orxan sonadək meydanda olub.
Qeyd edək ki, “Dinamo-Avto” 18 turdan sonra 23 xalla 8 klub arasında 5-ci pillədə qərarlaşıb.