
Balakişi Qasımov yeni təyinatından danışdı
Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti Balakişi Qasımov qurumun ümumi yığıncağı zamanı təyinatı ilə bağlı jurnalistlərə açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, o,bu idman növününü dirçəltməyə çalışacağını deyib:
"Mikayıl Cabbarov 4 il ərzində görülən işlər, federasiyanın uğurları haqda danışdı. Əsas vəzifəm bu uğuru davam etdirməkdi. Etimadı doğrultmağa və bu idman növünün daha kütləvi olmasına çalışacağıq".
Qasımov ilk dövrlərlə müqayisədə qılıncoynatma ilə məşğul olanların sayının 2 dəfə artdığını bildirib: "Bu artımın daha çox olmasına çalışacağıq. Bundan sonra da uğurlarımız, nailiyyətlərimiz olmalıdı. Azərbaycanın Tokio olimpiadasında olduğu kimi Parisdəki yarışda da təmsil olunmasını istəyirik. Hazırkı heyətlə 4 il çiyin-çiyinə bu işə davam etdirəcəyik".
Qeyd edək ki, Fikrət Zeynalov və Fərhad Kasimov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov baş katib vəzifəsini yerinə yetirəcək. Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.