“Leyptsiq” qarşıdakı 3 ev oyununda azarkeş dəstəyindən məhrum olacaq.
"Football-plus.az" saytının məlumatına görə, bu qərar koronavirusa qarşı mübarizə tədbiri kimi verilib. Komanda Almaniya çempionatının “Bayer-04” (28 noyabr) və Münhenqladbax “Borussiya”sı (11 dekabr), həmçinin Çempionlar Liqasının “Mançester Siti” (7 dekabr) ilə oyunlarını boş tribunaların müşayiətində keçirəcək. Yeri gəlmişkən, “Leyptsiq” hazırda bundesliqada 12 oyuna 18 xalla 7-ci yeri tutur.