Qaret Beyl “Real” fanatlarının arzuolunmaz münasibəti ilə üzləşib.
"Football-plus.az" saytının məlumatına görə, o, Uels yığmasının düşərgəsindən Madridə qayıdandan sonra bir qrup yerli azarkeşin təhqirinə məruz qalıb. 32 yaşlı futbolçu klubun Valdebebasdakı bazasını tərk edərkən bir neçə şəxs onun avtomobilinə yaxınlaşıb və Qaretə “maricon” (ispan dilində mənası “ibnə” deməkdi – red.) sözünü ünvanlayıb. Bu epizod yerli telekanalın “El Golazo de GOL” verilişində nümayiş etdirilib.
Fanatların qəzəbi Beylin komandaya heç cür fayda verə biməməsi ilə bağlıdı. O, Uels yığmasına DÇ-2022-nin Estoniya (0:0) və Belarusla (5:1) seçmə matçlarında kömək edib, Belarusla oyunda növbəti dəfə zədə alıb. Təxminən 2-3 həftəliyə sıradan çıxan britaniyalı futbolçu “Real”ın oyununda sonuncu dəfə avqust ayında görünüb.