İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi görüşündə "Liverpul" "Arsenal"la qarşılaşır.
"Football-plus.az" saytının məlumatına görə, matçın 32-ci dəqiqəsində komandaların baş məşqçiləri arasında anlaşılmazlıq yaşanıb.
Belə ki, Yurgen Kloppla Mikel Arteta əsəblərini cilovlaya bilməyərək mübahisə ediblər. Matçın baş hakimi tərəfləri sakitləşdirdikdən sonra hər iki çalışdırıcını sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb. "Liverpul" Sadio Manenin vurduğu qolla 1:0 hesabı ilə qalib gəlir.