Dünən premyer-liqanın 11-ci turuna start verilib.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ" doğma meydanda "Keşlə"ni qəbul edib - 1:0. Görüşdə Ağdam təmsilçisinin "İmarət" fan qrupu bir neçə şüarlar səsləndirib. "İmarət" rəsmi səhifəsində onla bağlı bəyanat yayaraq bunları yazıb:
"İmarət Tayfanın dünən keçirilən "Qarabağ"-"Keşlə" matçında “AFFA istefa” şüarları səsləndirməsi azarkeş qrupumuzun mövqeyidi. Millimiz uğursuz çıxışı azarkeş qrupu kimi bizim də üzərimizə vəzifələr qoyur.Tənqidi yanaşma vətəndaşlıq borcumuz olduğu kimi, tələb etmə də inikişafımızın tək yoludu. Əlavə olaraq bir daha xatırladırıq ki, azarkeş qrupumuz heç bir mənbədən, o cümlədən "Qarabağ"dan maliyyələşmir. Bizim səsləndirdiyimiz şüar və bəstələr yalnız və yalnız tribuna liderlərimizin öz məfkurəmizə sadiq qalaraq səsləndirdiyi fikirlərin təcəssümüdü. Elxan Məmmədov başda olmaqla hazırkı AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdi. "İmarət" azarkeş qrupu bayrağımıza, dövlətimizə dəstək olmaqla, ən doğrusunu etməyə davam edəcək !"