Oskar Tabaresin Uruqvay yığmasındakı 15 illik fəaliyyəti sona çatıb.
Yerli futbol qurumu onu istefaya göndərib. Bu qərara milli komandanın uğursuz nəticələri səbəb olub. “Selesta” DÇ-2022-nin seçmə turnirində keçirdiyi son 4 oyunda məğlub olub. Komanda hazırda Cənubi Amerkada 10 iştirakçı arasında 7-ci yeri tutur. Bu yer isə gələn il Qətərdə keçiriləcək dünya çempionatına yollanmaq imkanı vermir.
Tabares Uruqvay millisini 2006-cı ildən çalışdırırdı. Komanda 74 yaşlı mütəxəssisin rəhbərliyi altında DÇ-2010-da 4-cü yeri tutub, DÇ-2018-də 1/4 finala qədər irəliləyib və 2011-ci ildə Amerika Kubokunun qalibi olub.
Onu da qeyd edək ki, Tabares yığmanı daha əvvəl 1988-90-cı illərdə də çalışdırıb və DÇ-1990-ın final mərhələsinə çıxarıb.