
Dünya futbolu
182
20.11.2021, 13:40
Məşhur futbolçu koronavirusa yoluxdu
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne koronavirusa yoluxub.
Bu barədə dünən komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib. O, çərşənbə günü belçikalı futbolçunun COVID-19 testinin müsbət nəticələndiyini və 10 gün karantində qalacağını bildirib.
Bu isə o deməkdi ki, Kevin premyer-liqada “Everton”a və Çempionlar Liqasında PSJ-yə qarşı matçlarda iştirak edə bilməyəcək.