AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində “D” kateqoriyalı məşqçi kursunun birinci mərhələsinə yekun vurulub.
"Football-plus.az" saytının məlumatına görə, 4 gün davam edən birinci mərhələdə AFFA-nın məşqçi kurslarının rəhbəri Aslan Kərimov və təlimatçısı Osman Rəhimov tərəfindən məşqçilərə reallığa əsaslanan öyrənmə prosesi, kütləvi futbolda priroritetlər, ən effektiv öyrətmə üsulları, kütləvi futbol məşqçilərinin profili və sahib olmalı olduqları bacarıqlar barədə məlumatlar verilib.
Kursun birinci mərhələsi həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla həyata keçirilib.
Qeyd edək ki, 23-26 noyabr tarixlərində kursun ikinci və yekun mərhələsi keçiriləcək.