Avropanın aparıcı çempionatları arasında ən yaşlı və ən gənc oyunçular hansı ölkələrdə top qovur?
Bu suala cavab tapmaq məqsədi ilə UEFA-nın əmsallar cədvəlindəki ilk 20 ölkənin çempionatında top qovan oyunçuların orta yaş həddi müəyyənləşdirilib. Statistikada bu mövsüm ən azı 30 dəqiqə oynamış bütün oyunçular nəzərə alınıb. Ortaya çıxan rəqəmlərə əsasən məlum olub ki, Türkiyə superliqası Avropanın ən yaşlı çempionatıdı! Qardaş ölkənin birinciliyində futbolcuların orta yaş həddi 27,78-ə bərabərdi. Türkiyənin ən yaxın izləyicisi çempionatındakı orta yaş həddi 27,38-ə bərabər olan Yunanıstandı.
Maraqlıdı ki, bu siyahıda orta yaş həddi 27-ni ötən başqa çempionat yoxdu! Üçüncü pillədəki Kipr çempionatında bu rəqəm 26,91-ə bərabərdi.
Ən gənc futbolçular isə Danimarka çempionatında top qovur. 12 komanda ilə oynanılan skandinaviyalıların birinciliyində futbolçuların orta yaş həddi 24,18-ə bərabərdi. İkinci pillədə Niderland (24,35), üçüncü pillədə Avstriya (24,38) çempionatları qərarlaşıb. ''Böyük beşlik'' ölkələrinə gəlincə, onların arasında ən gənci Fransa (25,07), ən yaşlısı İspaniya (26,71) çempionatlarıdı.