Çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında bu gün 8-ci turun görüşləri baş tutacaq.
"Football-plus.az" saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ukrayna ilə görüşəcək. Hazırda hər iki komanda 11 xalla şərikli liderdi.
Qadın millisi isə Macarıstanla qarşılaşacaq. Hazırda hər iki komandanın 9 xalı var. Azərbaycan 6-cı, Macarıstan 8-ci yerdə gedir.