AFFA "Səbail"in ev oyunlarını keçirdiyi Bayıl stadionunun sıradan çıxmış ot örtüyünü dəyişdirəcək.
"Football-plus.az" saytının məlumatına görə, milli assosiasiya bununla bağlı tender elan edib. 105mX68m ölçülü süni örtüklü futbol meydanları Mingəçevir və Tovuzda da salınacaq. Tenderə 10 dekabr saat 17.00-da yekun vurulacaq. Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib.
Qeyd edək ki, Bayıl stadionunda ot örtüyünün hazırkı durumu Azərbaycan premyer-liqasındakı digər komandaların narazılığı ilə qarşılanıb. Onlar etirazlarını vaxtaşırı dilə gətiriblər.