Artıq Ole Qunnar Sulşerin aqibəti müəyyənləşib.
Böyük Britaniya mənbələri “Mançester Yunayted” rəhbərliyinin baş məşqçini istefaya göndərmək qərarına gəldiyini xəbər verir. Bir sıra informasiya kanallarının xəbərinə görə, qərar artıq verilib və müvafiq əvəzedici məşqçi tapıldıqdan sonra bununla bağlı rəsmi məlumat veriləcək.
Qeyd edək ki, MY İngiltərə premyer-liqasında 11 turdan sonra 17 xalla turnir cədvəlində 6-cı yeri tutur. Sulşerin komandası lider “Çelsi”dən 9 xal geri qalır.