Konfrans Liqasının 5-ci turunda "Qarabağ" doğma meydanda "Omoniya"nı qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmanın biletləri artıq satışa çıxarılıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11.00-dan 19.00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11.00-dan 19.00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10.00-22.00).
Qeyd edirik ki, oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ”ın “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01.00-dək sərnişinlər üçün açıq olacaq.