Avstraliyalı tennisçi Nik Kiryos “Böyük dəbilqə” seriyasından olan turnirlər haqda fikrini bölüşüb:
“Avstraliya Açıq Çempionatında mənə böyük təzyiq göstərirlər. Orda məndən hədsiz çox şey gözləyirlər. Hətta məşqlərdə belə media yaxamdan əl çəkmir, belə münasibət çox sərtdi. “Rolan Qarros”u isə təqvimdən çıxarmaq lazımdı. Yaddaşımda “Böyük dəbilqə”nin ən pis turniri kimi qalıb. “Uimbldon” xoşuma gəlir. Hətta tennislə maraqlanmayan adamlar da bu turnirdən xəbərdardı. “Uimbldon” ən nüfuzlu turnirdi”.
26 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində ən yaxşı nəticəni 2015-də “Australian Open”də və 2014-də “Uimbldon”da göstərib. Nik hər iki turnirdə yarımfinala qədər irəliləyib. “Rolan Qarros”da isə yalnız 3-cü mərhələdə oynaya bilib.