“Mersedes” Beynəlxalq Avtoidman Federasiyasına (FIA) müraciətlə Braziliya “Qran-pri”sinin 48-ci dövrəsində Lüis Hemiltonla “Red Bull” pilotu Maks Ferstappen arasında yaşanan mübarizənin nəzərdən keçirilməsini xahiş edib.
“Mersedes”in pilotu 48-ci dövrədə Ferstappenə çatıb və niderlandlıya hücum edib, nəticədə hər ikisi trassdan kənara çıxıb. Ferstappen onda liderliyi qorumağı bacarıb. Braziliya “Qran-pri”sinin stüardları bu insidenti araşdırmağı lazım bilməyib. “Mersedes”də belə hesab edirlər ki, Ferstappen qayda pozuntusuna yol verib və trassdakı hərəkətinə görə cəzalanmalıdı.
Xatırladaq ki, mərhələnin sonun britaniyalı birinci, niderlandlı ikinci olub.
Son mərhələdə Hemiltona uduzan Ferstappen cari mövsümdə çempionluq uğrunda gedən mübarizəni dəyərləndirib:
“Bəli, həqiqətən cari mövsümün gedişində azacıq bəxtim gətirsəydi, artıq indi titulu özümə təmin edə bilərdim. Ancaq digər tərəfdən, çempionat hamı üçün maraqlı oldu, əks halda mübarizə daha tez bitərdi. Bu yarışdı, eniş-yoxuşlarla zəngindi. Son nəticədə adamlar məhz buna görə “Formula-1” yarışlarını sevir”.
Niderlandlı çempionatın nə dərəcədə səmimi olduğunu deyə bilmərik. Hər halda, bu il dünya çempionu olmayacağı təqdirdə o qədər də məyus olmayacağını deyir:
“Hesab edə bilərsən ki, hər şey sənin nəzarətin altındadı. Ancaq qəfil nəsə baş verir və sən artıq heç nəyə nəzarət etmirsən. İdmanın gözəlliyi də bundadı. Əlbəttə, çempion olmaq istəyirəm. Ancaq dəfələrlə dediyim ki, bu il alınmasa, deməli, qismət deyilmiş. Məyus olmayacaq, bu mənada sakitəm”.
Xatırladaq ki, hazırda Ferstappen 332,5 xalla şəxsi birincilikdə liderdi. Hemilton 318,5 xalla 2-ci, Valtteri Bottas 203 xalla 3-cü pillədə qərarllaşıb. Mövsümün sonuna isə üç mərhələ qalır. Pilotlar noyabrın 21-də Qətərdə, dekabrın 5-də Səudiyyə Ərəbistanında, 12-də isə Birləşmiş Ərəb Əmirliklərində yarışacaqlar.