"Qarabağ”ın ən fəal azarkeş qrupu olan "İmarət Tayfa” noyabrın 14-də çoxdankı arzusunu həyata keçirdi.

Fanatlar uzun illərdən sonra Ağdamı ziyarət etdilər. 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad olunan doğma torpağı ziyarət edən fanatlar orda bir çox yerlərə baş çəkdilər.

Bundan başqa, noyabrın 19-da “İmarət Tayfa”nın 12 yaşı tamam olacaq. Bu səfər azarkeş qrupunun ad günü üçün xüsusi hədiyyə də sayıla bilər. Yaşadıqları hissləri bölüşmələri üçün “İmarət Tayfa”nın idarə heyətinin üzvlərindən Elnur Quliyevlə Elnur Əsədova müraciət etdik. Tanınmış azarkeşlər səfər zamanı başlarına gələn maraqlı hadisələrdən danışdılar.

Elnur Quliyev:

"

50 nəfərlik heyətlə getdik Ağdama. Ağdamlılarla yanaşı, bu bölgədən olmayan "İmarət Tayfa” üzvləri də ora yollanmışdı. Elə əksəriyyəti də azarkeş qrupumuzun ağdamlı olmayan üzvləri idi. Qubadlıdan, Füzulidən olan azarkeşlər də var idi. Şəhid Məhəmmədəlinin qardaşını da dəvət etmişdik, bizimlə getdi. Ağdama çatanda bizi yoxladılar, bələdçinin müşayiəti ilə yola davam etdik. "Qarabağ”ın doğma stadionu olan "İmarət”i ziyarət etdik. O cümlədən məscidə getdik, "Şükür” namazı qıldıq. "Şahbulaq” qalasına da baş çəkdik. Qayıdanda da orda yemək yedik. "Qiyaslı” məscidinə getdik. Bannerlərimizi də aparmışdıq. "İmarət Tayfa”nın gənc və yaşlı üzvləri arasında futbol yarışı keçirildi. "İmarət” stadionu uzun müddətdən sonra ilk dəfə azarkeş gördü. Bəstələr oxundu, "İmarət” burdadı” şüarını səsləndirdik. Allahverdi Bağırovun məzarını ziyarət etdik. Hazırladığımız əklili onun məzarı üstünə qoyduq. Uzun illərdən sonra məzarı görənlər çox sevindilər. Əyilib məzarı, torpağı öpən kim, evinə tərəf qaçan kim... Dəhşətli mənzərə idi, sözlə ifadə etmək çətindi. Yoldaşlarımızdan biri təxmini atasının qəbrini tapıb, oranı bərpa etdi. Daşları düzəltdi, şəkil qoydu. “İmarət”də futbol oynadıq, arena illər sonra azarkeş səsi duydu. Əhməd Muxtar adlı fotoqraf yanımızda idi. Çox sağ olsun ki, keyfiyyətli şəkillər çəkdi. Bir sözlə, hər şey möhtəşəm idi. Çox qəribə hisslərdi. Həm də noyabrın 19-u "İmarət Tayfa”nın ad günüdü. Azarkeş qrupumuzun yaranmasının 12 illiyini elə Ağdamda qeyd etdik”.


Elvin Əsədov:

“Ağdam işğaldan azad olunandan bəri bəzi üzvlərimiz ayrı-ayrılıqda doğma şəhərimizi ziyarət etmişdilər. İndi isə daha çox həssas şəxsləri - şəhid, qazi ailələri, qazilərin özləri, 60 yaşdan yuxarı olan şəxslər Ağdama buraxılır. Gənc nəslə hələlik imkan yaradılmır. Biz də bu səbəbdən prezidentin Ağdamdakı nümayəndəsinə müraciət etdik. Onlar da razılıq verdilər. Amma bildirdilər ki, mütləq şəkildə Prezident Administrasiyasına xəbər verin. Belə də etdik. Azarkeş qrupumuz adından həmin quruma yazılı müraciət ünvanladıq. Çox sağ olsunlar ki, qəbul etdilər. 50 nəfərlə Ağdama səfər etməyimizə icazə verdilər. Onlardan 10-u 30 yaşdan yuxarı idi. İki ağsaqqalı da özümüzlə aparmışdıq. Onlar dağıdılan yerlər haqda ətraflı məlumat verdilər. Səhər saatlarında yola düşdük. Vaxtı belə seçməyimizin səbəbi var idi. Çünki noyabrın 19-da 12 yaşımız tamam olur. 10 illik yubileyimizi Ağdamda keçirmişdik. Hərbçilərlə bir yerdə dua etmişdik ki, bir müddət sonra “İmarət”də yığışaq. Allah dualarımızı qəbul etdi. Buna görə çox xoşbəxtik. Bir sözlə, gəldik çıxdıq Ağdama. Əvvəlcə Şəhidlər Xiyabanını, milli qəhrəmanlarımızın qəbirlərini ziyarət etdik. Öz əklilimizi qoyduq. Çox duyğusal anlar yaşandı. Xüsusən Allahverdi Bağırovun qəbrinin üstündə. Bir çox üzvümüz, elə şəxsən mən özümü yuxuda, hansısa filmdə hiss edirdim. Allaha çox şükür ki, bu anları bizə yaşatdı. Qəzetiniz vasitəsilə şəhidlərimizə rəhmət diləyir, ailələrinə cansağlığı arzulayıram. Qazilərimiz çox sağ olsunlar ki, biz belə anları yaşayırıq. Ağdamın Cümə məscidinə getdik. Orda “Şükür” namazı qıldıq. “İmarət”də futbol oynadıq. Azarkeşlərdən bəziləri tribunada qaldılar, bizə dəstək oldular. “İmarət” kompleksi barədə üzvlərimizə geniş məlumat verdik. Dağıdılan Natəvanın heykəli haqda dostlarımız məlumatlandırıldı. Ağdamda keçirdiyimiz hər an çox möhtəşəm idi. Üzvlərimizin yarıdan çoxu qeyri-ağdamlıdı. Buna baxmayaraq, onlar da səfərdən öncə, elə yolboyu da çox həyəcanlıydılar. Bəlli olanda kı, bizə icazə verilib, həyəcandan yatmayanlar da var idi. Vüsal Ağamirov adlı bir üzvümüz çox xahiş etdi ki, evlərinin qarşısından keçəndə avtobusu saxlayaq. O baba yurduna getdi. Həyətlərindən torpaq da götürdü. Demək olar ki, üzvlərimizin hamısı Ağdamdan özləri üçün torpaq gətirdilər. Düzdü, hamımız qayıdacağıq, buna hazırıq. Amma həmin müddətə kimi Ağdam torpağından bir az da olsa, özümüzdə saxlamaq istədik. İnşallah, hamımız qayıdarıq dədə-baba torpağımıza. Doğurdan da, çox möhtəşəm yerlərdi”.


İLKİN SULTANLI

Son xəbərlər

"Sabah klubumuzun böyük tarixini göstərməliyik" - Matyö Valbuena

Məhşur futbolçu karyerasını bitirdi

Suarezin yeni klubu bəlli oldu

"Araz Naxçıvan"ın minimalhesablı qələbəsi - VİDEO

MY onu komandada saxlamaq istəyir

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Bütün xəbərlər