Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək.
"Football-plus.az" saytının məlumatına görə, Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarış saat 10.00-da başlayacaq. Saat 09.45-də isə açılış mərasimi olacaq.
Mundialda batutçulara tamblinq və ikili mini-batut təmsilçiləri də qoşulacaq. Batutçular bu yarışda sinxron proqramda da qüvvələrini sınayacaq. 35-ci dünya çempionatında Azərbaycanı tamblinqçi Mixail Malkin təmsil edəcək.
Yarışda 33 ölkədən 266 gimnast 51 medal uğrunda mübarizə aparacaq. Onlardan 160-ı batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edəcək.