“Liverpul” ciddi itki ilə üzləşib."Football-plus.az" saytının məlumatına görə, yarımmüdafiəçi Kurtis Cons zədələnib. 20 yaşlı futbolçu bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.Qeyd edək ki, Cons bu mövsüm keçirdiyi 9 oyunda 1 qol vurub.