• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

De Byazidə niyə alınmadı? - TƏHLİL

17 noy, 21 - 14:30302

2020-ci ilin iyulunda AFFA ilə ortaq məxrəcə gələn, avqustun 10-da Bakıya səfər edərək müqavilə bağlayan Canni de Byazinin anlaşmasının müddəti noyabrın 30-da başa çatır.

Albaniya yığmasını 2016-cı ildə Fransada keçirilən Avropa çempionatına aparmaqla adından söz etdirən 65 yaşlı mütəxəssis Azərbaycanda çalışdığı bir il 3 ay müddətində, demək olar ki, heç nə ilə yadda qalmadı. Onun rəhbərliyi altında 20 oyuna çıxan milli bunların 2-də qələbə qazanıb, 6-da heç-heçə edib, 12 matçda isə meydanı məyus tərk edib. Bu qarşılaşmalardan 6-sı Millətlər Liqasına, 6-sı yoxlama görüşlərinə, 8-i isə dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Rəqiblərini 13 dəfə məyus edən komanda qapısında 30 qol görüb.
Bu yazıda Albaniya ilə tarixi uğura imza atan italyan çalışdırıcının Azərbaycanda istədiyinə nail ola bilməməsinin səbəblərinə, ölkənin əsas komandasının bərbad çıxışına toxunacağıq.

Millətlər Liqasındakı fiasko
De Byazi elə bir vaxtda AFFA ilə ortaq məxərəcə gəldi ki, COVID-19 pandemiyası dünyanı ağuşuna almışdı. Pandemiya səbəbindən ölkə çempionatı martda təxirə salınmışdı. Bu üzdən sentyabrda Millətlər Liqasında yığmanın uğursuz çıxışını azərbaycanlı azarkeşlər, media, futbol ictimaiyyəti anlayışla qarşıladı, “yeni baş məşqçinin komandanı tanımağa imkanı olmadı” deyib, UEFA-nın yeni layihəsindəki uğursuzluğu italyan üçün “kart-blanş” kimi qəbul etdi. Həmin dönəmdə De Byazi də yerli mətbuata açıqlamalarında kollektivi tanımadığını, pandemiya səbəbindən çempionat yarımçıq dayandırıldığından ölkə futboluna yaxından bələd olmadığını söyləyirdi. Bununla yanaşı, Azərbaycanda istedadlı futbolçuların olduğunu bildirən mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarda fərqli komanda görəcəyimizi söyləyirdi. Ancaq zaman göstərdi ki, 65 yaşlı çalışdırıcının istəyi ilə reallıq üst-üstə düşmədi, onun rəhbərliyi altında yığma Nikola Yurçeviçdən sonra növbəti rəzaləti yaşadı. Niyə, nə üçün? Bu mövzuda suallar çoxdu. İlk növbədə onu qeyd edək ki, Azərbaycan futboluna yaxından bələd olmadığı üçün italiyalı məşqçi optimal heyəti müəyyənləşdirməkdə çətinlik çəkdi. Seçmə mərhələdə 6 qol vurmaqla tsklin ən məhsuldar oyunçusu olan Emin Mahmudov Millətlər Liqasında De Byazinin diqqətindən kənarda qalmışdı. Qətərlə Bakıda baş tutan son görüşdən sonra “ölkənin ən yaxşı futbolçusu Emin Mahmudovdu” söyləyən mütəxəssis nədənsə ilk vaxtlar “Neftçi”nin kapitanına etimad göstərmirdi. Bundan başqa, yığmanın çalışdırıcısı “sükan arxasında” olduğu müddətdə komandaya “qorxaq futbolu” tərgidə bilmədi və bunun acısını da çəkdi.

Mentallıqda səhvə yol verdi
Əksər hallarda yeni komandaya baş məşqçi təyin olunan mütəxəssis ilk növbədə müdafiə xəttini düzəltməyə çalışır. Yəni arxa xətdə etibarlı oyun fonunda “çərçivə” toxunulmaz qalarsa, hücumda ən azı nəyəsə ümid etmək olar. İtalyan mütəxəssislərin isə müdafiə planında bacarıqlı olduğu hamıya məlumdu. Ancaq təəssüf ki, De Byazi bunu Azərbaycan yığmasında tətbiq edə bilmədi. Fərdi planda bəlkə də millinin arxa xəttində yer alan futbolçular bacarıqlı olsalar da, kollektiv müdafiədə bunu göstərə bilmədilər ki, bu da mentallıqdan irəli gələn nüans idi. İtalyan məşqçilərin daha bir üstünlüyü taktiki cəhətdən rəhbərlik etdiyi kollektivləri düzgün oynatmalarıdı. Ancaq 65 yaşlı çalışdırıcı yığmada çalışdığı müddətdə bunu rəhbərlik etdiyi kollektivə aşılaya bilmədi. Milli onun rəhbərliyi altında meydana çıxdığı 20 qarşılaşmada taktiki cəhətdən axsadı. Müstəqilliyin ilk illərində olduğu kimi, ölkənin əsas komandası onun başçılığı altında yenə böyük qüvvə ilə müdafiə olunsa da, keyfiyyətli oyun nümayiş etdirməkdə çətinlik çəkdi. Və bunun nəticəsi kimi komanda hər oyunda qapısında qol gördü. Bu o deməkdi ki, italyan baş məşqçi də yığmanın mentallığını dəyişə bilmədi. Əvvəlki illərdə olduğu kimi, milli rəqiblərlə görüşdə yenə “ikinci skripka” funksiyasını yerinə yetirməklə kifayətləndi.

İtalyan niyə qəbul olunmadı?
Bu qədər uğursuzluğa baxmayaraq, Canni de Byazi hər dəfə oyunsonrası mətbuat konfranslarında təxminən “yaxşı oynadıq, ancaq qol imkanlarından yararlana bilmədiyimizə görə uduzduq” söyləyib azərbaycanlı futbolsevərlərin heysiyyatı ilə oynayırdı ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Yumşaq formada desək, onun bu fikirlərindən sonra azarkeşlər “bu bizimlə məzələnir”, - deyə ünvanına nalayiq ifadələr səsləndiriblər. Məhz bu səbəbdən italyan baş məşqçi azərbaycanlılar tərəfindən qəbul olunmadı.

Qalsın, yoxsa getsin?
Millinin son 15 aydakı nəticələrinə nəzərə saldıqda heç düşünmədən Canni de Byazinin getməsi lazımdı. Müasir futbolda istənilən mütəxəssisə gördüyü işə və qazandığı nəticələrə görə qiymət verilir. Düzdü, yer aldığımız qrupdakı rəqiblər heç də sıradan deyildi. Mahir Emreli və Ramil Şeydayev kimi lider futbolçular da etimadı doğrultmadılar. Xüsusilə də “Legiya”nın əsas “qol silahı” sayılan Emrelinin yığmaya qatqısı olmadı. Bununla belə, qeyd etdiyimiz nüansları nəzərə alanda, italyan postunu tərk etməlidi. Ancaq bir məqama da toxunmaq vacibdi. De Byazinin Albaniya yığmasında qazandığı uğur ikinci tsiklə təsadüf edib. Yəni baş məşqçi ilk iki ildə komanda formalaşdırıb, növbəti seçmə mərhələdə isə futbolçularına aşıladığı futbolun qarşılığını görüb. Bəlkə də buna görə yığmanın aparıcı siması olan Mahmudov son açıqlamasında baş məşqçinin postunda qalmasını istədiyini bildirib. Ona görə də AFFA rəhbərliyi son qərarı verməmiş yaxşı-yaxşı fikirləşməli, ölkə futbolunun xeyrinə qərar qəbul etməlidi.

RƏŞAD

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
AFFA İcraiyyə Komitəsi De Byazinin taleyinə nə vaxt aydınlıq gətirəcək?
backend
De Byazi hardadı?
backend
Millimiz Qətərlə barabərə qaldl
backend
Qurban Qurbanov üçün əlamətdar tur
backend
Hacıyevlə 25-ci qələbə
backend
Canni De Byazi bu ölkənin yığmasını çalışdırmaq istəyir
backend
Qurban Qurbanov Azərbaycan futbolu tarixində ilkə imza atdı
backend
AFFA-dan De Byazi ilə bağlı açıqlama
backend
Şevçenko yığmanı niyə tərk edib?
backend
De Byazi Ozobiçə niyə zəng edib?
backend
Millimiz tarixi uğura imza atdı
backend
Albaniya hökuməti De Byazinin diplomatik pasportunu ləğv etdi
backend
AFFA Portuqaliyaya məğlubiyyətə görə futbolçulara 10 min manat mükafat verib?
backend
Yığma üçün asan rəqib
backend
Azərbaycan üçün döyüşün
backend
De Byazi Amil Yunanovu yığmaya çağırıb
backend
Öküzün üstündən yıxılma, De Byazi!
backend
De Byazi qol buraxmamağı vacib sayır
backend
De Byazi qayıtdı, koronavirusa yoluxanlar yox!
backend
Arif Əsədov veteranların atmacasını şantaj sayır
backend
Yığmanın məşqçiləri gələn həftə Bakıda olacaq
backend
De Byazi AFFA-dan Əli Qurbaninin “milliləşdirilməsini” istəyib
backend
FIFA icazə verməyibsə, De Byazi niyə Əmir Ağayevi milliyə dəvət edib?
backend
De Byazidən mesaj və bayram təbriki
backend
Yığmanın italyan məşqçilərinin dosyesi
backend
Təqaüdçülər klubu
backend
De Byazi Bakıya nə vaxt gəlib?
backend
De yox, Ye Byazi!
backend
Mütəxəssislərin fikirləri haçalandı
backend
Milli komanda De Byaziyə tapşırıldı
backend
Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi
backend
Şok iddia: AFFA Qriqorçukla danışıq aparır
backend
AFFA danışıqları davam etdirir
backend
“Futbol+” “ilin futbolçusu”nu seçir!
backend
Foqts UEFA-nın layihəsinə qarşı çıxdı
backend
Lilay “Qəbələ”yə məyus dönür
backend
Startdan 24 il sonra: yeni turnirə necə başlayacağıq?
backend
Qurban Qurbanov: “Hamı komandadan nəticə gözləyir”
backend
Kosovo zəifləməyib, əksinə güclənib
backend
“Qəbələ” ilə “Panionios” ortaq məxrəcə gəldi

GÜNÜN XƏBƏRİ

backend
“Sabah”a niyyət, “Qarabağ”a qismət
16 may, 22 - 19:5686

XƏBƏR LENTİ

Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb
22:5316 may
"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi
22:3516 may
Millimiz Gürcüstana uduzdu
22:1216 may
Ten Haq Ronaldonu komandada saxlamaq istəyir
21:5516 may
"Yuventus" Qabrieli transfer edə bilər
21:3316 may
"Qarabağ"ın legioneri Millətlər Liqasının oyunlarına çağırılıb
21:1516 may
“Barselona” daha bir müqavilə hazırlığı
20:5016 may
Bundesliqada ən yaxşı seçildi
20:2816 may
Simeone "Atletiko"da qalacaq
20:0716 may
“Sabah”a niyyət, “Qarabağ”a qismət - ÖZƏL
19:5616 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”nin tərəfdaşı oldu
19:4816 may
Mbappe "Real"da bu qədər qazanacaq
19:3516 may
Türk boksçu rinqdə öldü
19:1316 may
"Barselona" "Vulverhempton"dan oyunçu alır
18:5316 may
Azərbaycan derbisinin qiyməti 5 manat
18:2016 may
Millimiz Latviya ilə qarşılaşacaq
18:0916 may
Millinin üzvü “Sabah”ın hədəfində - ÖZƏL
18:0016 may
Van Anholt əsəbləşdi, Arda onu sakitləşdirdi
17:4616 may
FİFA hakimi testlərdən keçə bilmədi
17:3016 may
''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?
17:0316 may
Suares "Atletiko" ilə vidalaşdı
16:4816 may
Azərbaycan tarixində 27-ci qrossmeyster
16:2716 may
"Turan Tovuz"un baş məşqçi postuna daha bir namizəd - ÖZƏL
16:0916 may
Maydan sonra futzal millimizi kim çalışdıracaq? - ÖZƏL
15:5716 may
Namik Ələskərov "Bursaspor"dan gedir
15:5216 may
Di Mariya "Yuventus"a keçə bilər
15:3316 may
"Alaves" də La Liqanı tərk edir
15:1816 may
"Qarabağ" - "Neftçi" matçının başlama vaxtı bəlli oldu
14:5416 may
Son turun təyinatları açıqlandı
14:4416 may
“Son 10 ildə bu işə böyük pullar qoymuşuq” - AÇIQLAMA
14:4316 may
"Avropa, güclü dayan, "Qəbələ" gəlir" - AÇIQLAMA
14:3616 may
Svitolina rusları qəzəbləndirdi - AÇIQLAMA
14:1016 may
Azərbaycanlı şahmatçı İtaliyada yarışda iştirak edəcək
13:5416 may
"Bu qələbə inanmayanlara gəlsin" - Asif Məmmədov
13:4516 may
Millimiz Polşada təlim-məşq toplanışı keçir
13:3216 may
Qazaxıstandan Azərbaycan millisi üçün şad xəbər
13:1016 may
“Maşın etibarlı, ancaq ləng olsaydı, nə faydası olacaqdı?!” - MÜSAHİBƏ
12:5216 may
"Sabah"dan qeyri-adi etiraz - VİDEO
12:3116 may
Türkiyə klubundan azərbaycanlı qazilərə jest - FOTOLAR
12:2116 may
MHL-in rekordçusu karyerasını bitirdi
12:1116 may
"Qarabağ" Azərbaycan futbolunda əsrin rekorduna imza atdı
11:5016 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə