Məlum olduğu kimi bu günlərdə İordaniya Futbol Federasiyası Asiya Futbol Konfederasiyasına müraciət etmişdi.
İordaniyalılar İranın xanımlardan ibarət yığmasının qapıçısının kişi olmasından şübhələnərək onun cinsiyyətinin araşdırılmasını tələb etmişdi. Belə ki, sentyabrın 25-də xanımlar arasında Asiya kubokunun təsnifat mərhələsində İran əsas və əlavə vaxtı qolsuz çatan görüşdə İordaniyanı penaltilər seriyasında məğlub edərək final mərhələsinə vəsiqə qazanmışdı. Sonradan sosial şəbəkələrdə İran yığmasının qapıçısı kişiyə bənzədilmişdi.
Amma bunun yanlış məlumat olduğu üzə çıxıb. Belə ki, söhbətin Zöhrə Kudaeidən getdiyi məlum olub. 32 yaşlı təcrübəli qapıçının artıq uzun illərdi İran yığmasının qapısını qoruduğu iddia edilir. Yerli mətbuata açıqlama verən Kudaei bunları deyib: