DÇ-2022-nin seçmə mərhələsində son turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.
28 yaşlı yarımmüdafiəçisinin komandası səfərdə Nigeriya ilə 1:1 hesablı heç-heçə edib. Start heyətində meydana çıxan oyunçu 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Kabo-Verde seçməsi qrupu 11 xalla 2-ci yerdə başa vurub və pley-offa vəsiqə qazana bilməyib.