DÇ-2022-nin seçmə mərhələsində Ermənistan doğma meydanda Almaniya ilə qarşılaşıb.
Görüş ev sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təbii ki, bizi maraqlandıran oyunun nəticəsi deyil. Ermənilər yenə öz xislətindən əl çəkməyərək təxribata əl atıblar. Belə ki, tribunalarda qondarma qurumun əski parçası dalğalanırdı. Dəfələrlə eyni hal yaşansa da, bunun qarşısını almaq, deyəsən, mümkün deyil.
Görəsən, AFFA bununla bağlı hansı addımı atacaq? Bu sualla qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik:
GÜNAY VƏLİYEVA