“Qolden Steyt”in müdafiəçisi Stefen Karri “Çikaqo” ilə oyunda dəqiq üçxallıq atışların sayına görə yeni MBA rekordu müəyyənləşdirdi.
33 yaşlı amerikalının hesabında artıq pley-off oyunları da nəzərə alınmaqla 3366 belə atış var. Karri Rey Allenə məxsus rekordu (3358) yeniləyib. Ancaq müntəzəm çempionatda üçxallıq atışların sayına görə rekord hələ də Allenin adı ilə bağlıdı. Allenin 2973, Karrinin 2896 belə atışı var.
Bu arada “Filadelfiya”nın baş məşqçisinin yardımçısı Deyv Yorger vəzifəsindən ayrılmalı olub. Ayrılıq komandanın çıxışı ilə bağlı deyil. Səbəbkar “xərçəng” xəstəliyinə tutulub:
“Filadelfiya”da 2-ci mövsümünü keçirən Yorger buna qədər üç il “Sakramento”nun baş məşqçisi olub.