Bu ilin yayında dizindən 3-cü dəfə əməliyyat olunan Rocer Federer karyerasını nə vaxt bitirəcəyi ilə bağlı açıqlama verib.
İsveçrəli tennisçi hələ ki seçim etməyib:
“Belə imkan yoxdu. Ancaq həmin məqamı özüm seçmək istəyərdim. Əminəm ki, finişin yetişəcəyi anı hiss edəcəm. Karyeramı bitirəndən sonra həyatdan qorxmuram”.
“Böyük dəbilqə” turnirlərinin 20 qat qalibi bir müddət əvvəl qışda keçiriləcək “Australian Open”i buraxacağını bildirmişdi. 40 yaşlı tennisçinin məşqçisi İvan Lyubiçiç də onun həmin turnirdə iştirak perspektivi haqda danışıb:
“Rocer hələ bərpa olunur. İştirak ehtimalı azdı. Onu tanıyan adam kimi deyirəm ki, hansısa turnirə qatılırsa, 100 faiz gücünü qoymaq və qazanmaq istəyir. Daim irəli hərəkət edir. Onun 40 yaşı var, dözüm göstərməlidi. Artıq əvvəlki kimi sürətli bərpa oluna bilmir”.