Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, yığmamız 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq ilə qarşılaşıb. "Poetz" stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.