Son günlərin ən çox müzakirə olunan mövzusu AFFA-nın milli komandanın baş məşqçisi ilə bağlı gözlənilən qərarıdı.
Müqaviləsinin müddəti noyabrın 30-da bitəcək Canni de Byazi vəzifəsində qalacaq, yoxsa onu başqası əvəz edəcək? Bu suala AFFA İcraiyyə Komitəsinin üzvləri aydınlıq gətirəcək.
Bəs qurumun iclası nə vaxt keçiriləcək? Sualımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Qurum rəsmisi “Football-plus.az” saytına açıqlamasında tədbirin vaxtının dəqiq bəlli olmadığını söylədi. Firuz bəy İcraiyyə Komitəsi üzvlərinin noyabrın sonu və ya dekabrın əvvəlində bir araya gələcəyini bildirdi.
İLKİN SULTANLI