Premyer-liqa təmsilçisi ''Brayton''un məşqçilər korpusu bu günlərdə qeyri-adi bir aksiyada iştirak edib.
Baş məşqçi Qrem Potter, eləcə də onun köməkçiləri Billi Rid ilə Bruno Saltor isti geyinərək bir gecəni küçədə keçiriblər. Bununla da onlar evsiz insanlara dəstək olan ''The Big Sleep Out'' kampaniyasında iştirak ediblər. Məqsəd bu problemə diqqət yetirmək və bu sahə üçün mümkün qədər çox pul toplamaqdı. 46 yaşlı Potter aksiyada iştirak etdikdən sonra jurnalistlərə bunları deyib:
Qeyd edək ki, ''The Big Sleep Out'' aksiyası Brayton şəhərində hər il keçirilir. Yığılan məbləğ sayəsində o bölgənin evsiz insanlarına ilkin yardım göstərilir, yəni onlara qida, geyim və yatmaq üçün ləvazimatlar alınır. Eləcə də psixoloji yardım göstərilir. Onu da bildirək ki, sosiologiya sahəsində bakalavr, emosional intellekt sahəsində isə magistr təhsili olan Potter 2019-dan ''Brayton''u çalışdırır.