Neymar DÇ-2022-nin seçmə mərhələsinin oyununda Argentinaya qarşı oynaya bilməyəcək.
Braziliya millisinin hücumçusunun əzələlərində problem yaranıb və bu səbəbdən o, Argentinaya yollanmayıb. Neymar narahatlığını məşqçilər heyətinə bildirib. Braziliya artıq dünya çempionatına vəsiqə qazandığından və PSJ-nin qarşıda Çempionlar Liqasında “Mançester Siti” ilə vacib oyunu olduğundan futbolçunun heyətə daxil edilməməsinə qərar verilib. Argentina - Braziliya matçı noyabrın 17-də keçiriləcək.