Millimizlə eyni qrupda yer alan Serbiya millisi Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək Dünya çempionatına vəsiqə qazandı.
"Football-plus.az" saytının məlumatına görə, bu mötəbər hadisədən sevinən Serbiya prezidenti Aleksandr Vuçiç komanda üzvlərinə 1 milyon avro mükafat ayırıb. Məbləğ dərhal federasiyanın hesabına köçürülüb.