DÇ-2022-nin seçmə mərhələsində Uels millisi Belarus ilə qarşılaşıb.
"Football-plus.az" saytının məlumatına görə, uelslilər görüşdən 5:1 hesablı qələbə ilə ayrılıb. Sözügedən qarşılaşma futbolçu Qaret Beyl üçün əlamətdar olub.
Belarusla oyunda iştirak edən Beyl millidə 100-cü matçını keçirib. O, yığmada bu oyun sayına çatan ikinci futbolçu olub.