"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne Pep Qvardioladan danışıb.
"Football-plus.az" saytının məlumatına görə, yerli mətbuat bu barədə məlumat yayıb. Futbolçu maraqlı açıqlama söyləyib:
"Bizim həmişə matçlardan əvvəl görüşlərimiz olur və Qvardiola nələri etməli olduğumuzu deyir, ancaq bəzən start heyəti bizə açıqlamağı unudur. Qələbə Pep üçün çox vacibdi, lakin onun fəlsəfəsi bundan da önəmlidi. Çoxları bunu başa düşmür. Pep əks-hücum oyunu ilə qalib gəlməkdənsə, futbol prinsipləri ilə uduzmağı üstün tutur. O, hücum futbolunu sevir".