Bir neçə gün əvvəl “Aston Villa”ya təyinat alan Stiven Cerrard məşqçilər korpusunu formalaşdırıb.
İngilis mütəxəssisin bir qərarı diqqəti cəlb edir. Belə ki, o, Qari Makallisterlə yenidən bir komandada çalışacaq. Xatırladaq ki, Stivenlə Qari vaxtilə “Liverpul”da birgə top qovublar. Makallister Cerrarda onun əvvəlki iş yeri olan “Reyncers”də də assistentlik edib. “Aston Villa”nın yeni çalışdırıcısına ondan başqa Maykl Bil, Tom Kalşou, Skott Meyson və Cordan Mils də kömək edəcək.