Kristiano Ronaldo antirekorda imza atıb.
"Football-plus.az" saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya Serbiya ilə qarşılaşıb. Ronaldonun komandası meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Bu görüş portuqaliyalı hücumçu üçün antirekordla yadda qalıb.
Belə ki, Ronaldo "çərçivə"yə zərbə endirə bilməyib. Təcrübəli forvard karyerasında ilk dəfə mundialların seçmə mərhələsində belə halla üzləşib.