21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
"Football-plus.az" saytının məlumatına görə, Cəlal Hüseynov yığmanın düşərgəsinə qoşulub.
Əsas millinin Lüksemburq və Qətərlə ev oyunlarına çağırılan müdafiəçi AVRO-2023-ün seçmə mərhələsində mübarizəni davam etdirən U-21-ə kömək edəcək. O, noyabrın 16-da, saat 20.00-da, “Bakcell Arena”da Norveç komandası ilə qarşılaşacaq milliyə dəvət edilib. "Zirə”nin üzvü bu gündən məşqlərə qatılacaq.