Hücumçu Serdar Azmun "Zenit"i tərk edir.
"Football-plus.az" saytının məlumatına görə, yerli mətbuat bu barədə xəbər yayıb. Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq futbolçu "Fənərbağça"ya keçmək istəyir.
İstanbul klubunun rəhbərliyi yaxın vaxtlarda Sankt-Peterburq komandası ilə iranlı oyunçunun transfer imkanlarını müzakirə edəcək. Mümkün transferin məbləği 2-3 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, bu mövsüm hücumçu Rusiya çempionatında 12 oyunda 7 qol vurub.