"Barselona" heyətini gücləndirmək istəyir.
"Football-plus.az" saytının məlumatına görə, Kataloniya klubu Xavinin gəlişindən sonra yeni futbolçular transfer etmək niyyətindədi. Komanda "Fənərbaxça"nın futbolçusu Atilla Salayı almaq istəyir. İspaniya təmsilçisi 23 yaşlı müdafiəçi üçün təklif göndərməyə qərar verib.
Qeyd edək ki, "Fənərbaxça" macar müdafiəçini bu ilin yanvarında "Apollon"dan 2 milyon avroya transfer edib.