Argentina yığması DÇ-2022-nin Uruqvayla seçmə oyununda minimal hesabla qalib gəlib.
Lionel Skaloninin çalışdırdığı komanda uğurlu nəticə ilə dünya çempionatına doğru daha bir addım atıb. “Albiselesta” artıq 26 oyundu məğlubiyyətin nə olduğunu bilmir. Bu, Argentina millisinin tarixində ikinci ən yaxşı seriyadı. Belə ki, “ağ-mavilər” 1991-93-cü illərdə ardıcıl 29 matçda uduzmayıblar.
Yeri gəlmişkən, yığmalar arasında məğlubiyyətsizlik rekordu İtaliyaya məxsusdu. “Skuadra adzurra” ardıcıl 37 oyunda heç bir rəqibinə boyun əyməyib. Deməli, Argentina yığması dünya rekordunu yeniləmək üçün daha 12 matçda uduzmamalıdı.