“Səbail”in futbolçusu Camal Araqo Liberiya forması ilə ilk oyununa çıxıb.
"Football-plus.az" saytının məlumatına görə, "dənizçilər"in müdafiəçisinin komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda Nigeriya ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. "Səbail"in oyunçusu mübarizəyə start heyətində başlayıb. O, matçın sonunadək meydanda olub.
Qeyd edək ki, Liberiya 5 turdan sonra 3 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.