Fransa yığması dünən DÇ-2022-nin seçmə matçında Qazaxıstanı 8:0 hesabı ilə məğlub edərək mundiala birbaşa vəsiqə qazanıb.
"Football-plus.az" saytının məlumatına görə, son dünya çempionunun qollarından dördünü vuran Kilian Mbappe son 63 ildə milli formada poker edən ilk futbolçu olub. Xatırladaq ki, “xoruzlar”ın sabiq hücumçusu Jüst Fonten DÇ-1958-in 3-cü yer uğrunda oyununda (6:3) Almaniyanın qapısına 4 dəfə yol tapmışdı.
Əlavə edək ki, Mbappe karyerasında ilk dəfə yığmanın ardıcıl 3 oyununda qol vurub. PSJ-nin 22 yaşlı hücumçusunun dünən Fransa millisində meydana çıxdığı 52-ci matçında qollarının sayını 23-ə çatdırdığını da qeyd edək.