"Qarabağ"ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.
“Football-plus.az” xəbər verir ki, Kabo-Verde “doğma divarlar” arasında Mərkəzi Afrika Respublikasını qonaq edib və 2:1 hesabı ilə qalib gəlib. Andrade 68-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Qarabağ”ın legionerinin çıxış etdiyi milli C qrupunda 10 xalla 2-ci pillədə qərarlaşıb.