
Aktual / MARAQLI / Manşet / Günün xəbəri
2 814
13.11.2021, 16:12
Qurban Qurbanov millimizin uğursuzluqları ilə bağlı nə dedi?
Azərbaycan futbolu milli komanda səviyyəsində hazırda uçurumdadı.
Canni De Byazinin rəhbərlik etdiyi yığma Lüksemburqa doğma meydanda 1:3, Milan Obradoviçin rəhbərlik etdiyi 21 yaşadək futbolçulardan ibarət komanda avstriyalılara 0:3 hesabı ilə məğlub olur. Bütün ölkə nəticələrə görə, ya futbolçuları, ya baş məşqçiləri, ya da ki, federasiyanı qınayır. Amma günahkar konkret bəlli deyil. Bəs milli komandanın dirçəlməsi üçün çıxış yolu nədi? Bu sualı hazırda ölkə futbolunu çiyinlərində daşıyan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova ünvanladıq. Təcrübəli mütəxəssisin cavabı diplomatik olsa da, konkret olmadı:"Bu suala cavab verməyim peşə etikası baxımından düzgün olmaz. Millimizə uğurlar arzulayıram".
İLKİN SULTANLI