• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bakıdan Şamaxıya köç nə vəd edir? - TƏHLİL

Aktual / Manşet

13-11-2021, 22:0

“ASK Arena”nın taleyindən narahat olmağa dəyməz

2022-ci ildən “Keşlə”nin adının dəyişdirilib “Şamaxı” olacağından xəbəriniz var. Hazırda Bakıda yerləşən klub köçdən sonra təmsil edəcəyi rayonun adını daşıyacaq. AFFA-nın bu ideyasından razı qalanlar da var, narazılar da. Bəs görəsən, “Keşlə”nin adını dəyişməsi, bölgəyə köçməsi kluba nə verəcək, bunun hansı müsbət və mənfi tərəfləri var? Bu yazıda həmin məqamları aydınlaşdırmağa çalışacağıq.

Bölgəyə köçmək kluba nə verəcək?
Tez-tez adını dəyişmək sanki “Keşlə”nin alın yazısıdı. Bir qədər tarixə qayıdaq. 1997-ci ildə yaranan və “Xəzər Universiteti” kimi ölkənin futbol elitasına daxil olan klub 2004-dən “İnter” adı altında fəaliyyətini davam etdirdi. Beynəlxalq Bankın o vaxtkı rəhbəri, sonradan milyardları mənimsəməkdə suçlanan və dustaq həyatı yaşayan Cahangir Hacıyev “tələbələr” ləqəbi altında milli çempionatda mübarizə aparan klubu satın almaqla adını dəyişdi, ona yeni nəfəs verdi. Cahangir bəyin prezidentliyi dönəmində ölkənin ən iddialı klublarından birinə çevrilən “İnter”in ləqəbi də dəyişdi: “bankirlər”. “Bankirlər” geniş büdcənin hesabına heyətinə sanballı legionerlər dəvət etdi, komandanın “sükan”ı ən azı MDB məkanında tanınan mütəxəssislərə tapşırıldı. 2007/08 mövsümünü çempion kimi başa vurmağı bacaran “bankirlər” bir də 2009/10 “futbol ili”ndə qızıl medalları boynundan asmağı bacardı. Ancaq rəhbərlik səviyyəsində dəyişiklik 2017-cı ildə komandanın adının dəyişdirilməsi ilə nəticələndi. Klubun prezidenti Zaur Axundov, adı isə “Keşlə” oldu. Ad dəyişikliyi səbəbindəm komandanın ev oyunlarını keçirdiyi stadionun da adı dəyişdirilərdi: “Şəfa” “ASK Arena”ya çevrildi. Komandanın daxili və beynəlxalq arenada uğurlarına baxmayaraq, “İnter”, sonra isə “Keşlə” adı azarkeş toplamaq üçün yetərli olmadı. “İnter”, 13 ildən sonra “Keşlə” adlanan klub azarkeşlərə sanki “ögey övlad” təsiri bağışladı. Ən yaxşı halda “Keşlə” (son adı belədi) tribunalara yüzlərlə tamaşaçı toplamağı bacardı. Çünki paytaxtın azarkeşlər tərəfindən qəbul olunan bir klubu var – “Neftçi”!

Şamaxıya köçmək nə vəd edir?
Artıq neçə illərdi futbol camiəsi ölkə futbolunun arealının genişlənməsini istəyir. İctimaiyyət “Bakı birinciliyi” adını verdiyi premyer-liqada bölgə təmsilçilərinin olmasını arzulayır. Bugünlərdə Prezident İlham Əliyev Şamaxı şəhərində yeni stadionunun açılışını etdi. Arena müasir standartlara cavab verir. Həmin vaxt bir çoxları “stadion var, ancaq komanda yoxdu” fikrini səsləndirib, bu idman qurğusunun boş qalacağından təəssüfləndiyini dilə gətirdi. Ancaq çox keçmədən AFFA rəhbərliyi “Keşlə”nin Şamaxıya köçməsini və bu rayonun adını daşımasını təklif etdi. Bir müddət əvvəl “Bakı birinciliyi”ndən dad-aman edənlər bu dəfə nədənsə assosiasiyanın ideyasına ağız büzməyə başladılar. Niyə cənablar? Burda nə pis iş var? Məgər paytaxtda fəaliyyət göstərən klubların bölgələrə göndərilməsini istəyənlər biz deyildik? İndi nə oldu? Bu addım indi “Keşlə”, 2022-ci ildən “Şamaxı “adı altında premyer-liqada çıxış edəcək komandaya nə ziyan vuracaq? Bu addımın ölkə futboluna ancaq xeyri dəyəcək, nəinki ziyanı. Müstəqilliyimizin ilk illərində milli çempionatda öz komandası ilə təmsil olunan bölgəyə, Azərbaycan tarixində xüsusi yeri olan, 9 əsr müstəqilliyini qoruyan, Teymurləng kimi dünyanı lərzəyə gətirən sərkərdəyə baş əyməyən Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıya böyük futbol qayıdır. Bunun nəyi pisdi, burda nə qəbahət var? Klub bu gün tam olaraq AFFA-dan, dolayısı ilə SOCAR-dan maliyyəşirsə, Şamaxıya köçəndən sonra böyük ehtimalla özünə yeni sponsorlar da tapacaq, iddiasını daha da artıracaq. Odu ki, vaxtilə “tələbələr”, sonra “bankirlər”, son üç ildə isə “ağ-qırmızılar” ləqəbi ilə tanınan klub, tarixi kökləri nəzərə alsaq, Şirvanşahlar dövlətinin rəmzi kimi “şirlər” ləqəbi ilə səhnəyə çıxacaq. Və ən əsası, böyük futbol üçün darıxan şamaxılılar ev oyunlarında komandanı tək buraxmayaraq tribunaları dolduracaqlar. Bunu ən azı iki il öncə Region Liqasında mübarizə aparan həvəskarlardan ibarət “Şamaxı”nın timsalında görmüşük. Prezidentin sərəncamı ilə 2018-ci ildə rayona icra başçısı təyin olunan Tahir Məmmədov da futbol azarkeşi kimi tanınır. Heç şübhəsiz, o da daxili imkanlar hesabına “Şamaxı”ya dəstək olmağa çalışacaq.

Aşağı yaş qruplarının taleyi necə olacaq?

AFFA-nın yaydığı xəbərdən də göründüyü kimi, klubun Şamaxıya köçməsi bir-iki günün işi deyil. Əsas komanda bəlkə də Şimali Qafqaz dağlarının ətəyinə tez köçsə də, klubun aşağı yaş qruplarına gələn ilin sonuna kimi vaxt verilib. Bəli, bəlkə də bölgədə aşağı yaş qruplarına paytaxtdakı kimi çox uşaq cəlb etmək mümkün olmayacaq, istedad baxımından kasadlıq yaşanacaq. Ancaq onu da nəzərə almaq lazımdı ki, uzun illərdi Şamaxıda klub yoxdu, yerli istedadlar bu səbəbdən itib-batır. Aşağı yaş qruplarına rəhbərlik edəcək əlaqələndirici indidən bu yöndə işə başlamalı, hazırda klubla müqavilə müddəti davam edən istedadlı uçaq və yeniyetmələri böyük köçə hazırlamalıdı. Onların valideynləri ilə söhbət etməli, gələcəyi üçün heç bir narahatlığa əsas olmadığını isbatlamalıdı. Təbii ki, aşağı yaş qruplarına rəhbərlik edən mütəxəssisin bölgədə işləmək fikri varsa. Yoxdusa, bəribaşdan rəhbərliyi xəbərdar etməlidi ki, bir ildən sonra bu yöndə hansısa problem yaşanmasın. Heç şübhəsiz, klub rəhbərliyi aşağı yaş qruplarını nəzərə alıb onlar üçün də şərait yaradacaq. Uşaq və yeniyetmələrin qalmaq yeri təmin olunmalı, təhsillə bağlı suallar həllini tapmalıdı. Əks halda klubun Bakıda fəaliyyət göstərdiyi dönəmdə yetişdirdiyi və gələcəyinə sərmayə qoyub ümid bəslədiyi heç bir gəncin valideyini övladının bölgəyə getməsinə razı olmayacaq. Yəqin ki, bu nüanslar nəzərə alınacaq.

“ASK Arena”ya görə narahat olmağa dəyməz
“Keşlə”nin Şamaxıya köçməsi xəbəri ortaya çıxandan sonra çoxlarını bir sual maraqlandırır. Görəsən, komandanın bu gün ev oyunlarını keçirdiyi, Heydər Əliyev prospektində yerləşən “ASK Arena”nın taleyi necə olacaq? Bu gün üçün bu məsələ ilə bağlı hansısa məlumat olmasa da, müasir standartlara cavab verən, ərazisində baza, yardımçı meydanlar olan stadiondan narahat olmağa dəyməz. Ölkə futbolunun inkişafına cavabdehlik daşıyan AFFA yəqin FİFA-nın maliyyə yardımı hesabına qurulan arenanın tarixin yaddaşına köçməsinə imkan verməz. Paytaxtın ən önəmli prospektində yerləşən idman qurğusu böyük ehtimalla növbəti mövsümdə müvəqqəti də olsa, işğaldan azad olunan hansısa bölgənin təmsilçisinin sərəncamına veriləcək. Bundan başqa, cari mövsümdə o da ola bilər ki, assosiasiya bayrağı altında keçirilən müxtəlif yaş qrupu üzrə liqaların oyunlarını da sözügedən stadiona köçürsün. Onsuz da hazırda yarışlara evsahibliyi edən Hövsan Olimpiya Kompleksinin meydanı istər məşqçilərin, istərsə də valideynlərin ürəyincə deyil.

RƏŞAD, Futbol+ qəzeti üçün

Oxunub: 538
Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

13-11-2021, 20:0

"Keşlə" nə vaxtdan "Şamaxı" olacaq? - ÖZƏL

Aktual / Manşet / Günün xəbəri

11-11-2021, 15:0

Hamlet İsaxanlı “Keşlə”nin “Şamaxı” olmasına münasibət bildirdi - AÇIQLAMA

Aktual / Manşet

26-02-2022, 20:0

“Keşlə”nin Şamaxıya köç tarixi dəqiqləşdirilir - AÇIQLAMA

Ölkə futbolu

17-11-2021, 16:0

Azarkeşləri “Keşlə”nin “Şamaxı” olmasını istəmir - AÇIQLAMA

Aktual / Manşet

31-03-2022, 17:0

“Əsas klubun futbolçular qarşısında öhdəliyidi” - Aslan Şahgəldiyev

Premyer-liqa

10-11-2021, 13:0

"Şamaxı" premyer-liqada

Aktual
“Rəqibə hörmətsizlik kimi çıxmasın, amma...”
"Səbail" stadionu almaq istədi, AFFA razılaşmadı - ÖZƏL
Şərur klubunun çıxışı Naxçıvanda necə qarşılanıb? - AÇIQLAMA
Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Region Liqası təmsilçisi Türkiyəyə gedəcək - AÇIQLAMA
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Son xəbərlər
  • Dünən, 23:55
    “Liverpul”da yeni müqavilə
  • Dünən, 23:21
    Emreli oynadı, komandası uduzdu
  • Dünən, 22:59
    “Qalatasaray” Türkiyə çempionudu!
  • Dünən, 22:21
    İkardi tarixə düşdü
  • Dünən, 21:51
    Basketbol Liqasında çempion bəlli oldu
  • Dünən, 21:21
    “Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşdi
  • Dünən, 20:51
    Milli komandanın üzvü Fransa və Rusiya klublarından təklif alıb – AÇIQLAMA
  • Dünən, 20:30
    Ançelotti rəhbərlikdən kimlərin transferini istəyib?
  • Dünən, 20:15
    Qvardiola Neymara niyə zəng edib?
  • Dünən, 19:51
    “Şamaxı” ilə “Zirə” niyə hədəfə çatmadı? – AÇIQLAMA
  • Dünən, 19:30
    Redon Cica Qurban Qurbanovun qərarını gözləyir - MÜSAHİBƏ
  • Dünən, 19:10
    İlham Yadullayev Özbəkistana 0:3 və 0:5 hesablı məğlubiyyətlərin səbəbini açıqladı
  • Dünən, 18:51
    ''Hamburq''lıların sevinci əbəs imiş
  • Dünən, 18:21
    Ardaya görə 20 milyonluq 2 təklif
  • Dünən, 17:59
    “Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
  • Dünən, 17:50
    Messi İngiltərədə oynaya bilər
  • Dünən, 17:29
    2022/2023 futbol mövsümünün ən yaxşıları mükafatlandırılıb
  • Dünən, 17:20
    Əliyar Ağayevin hərəkəti Barış Şimşəyin xoşuna gəlməyib – ÖZƏL
  • Dünən, 17:00
    Qubada Akif Əliyevin yubileyi qeyd olundu
  • Dünən, 16:58
    “Qarabağ”ın 4 bilinməzi: kimlər hara gedir?
  • Dünən, 16:27
    “Milan”ın ilk transferi olacaq
  • Dünən, 15:56
    “Real” ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Elvin Cəfərquliyev: “Azarkeşlərin narazılıq etməyə haqqı var” - MÜSAHİBƏ
  • Dünən, 15:14
    "İmarət Tayfa" “Azərsun Arena”dakı hərəkətinə aydınlıq gətirdi
  • Dünən, 14:53
    “Qarabağ zonasından olan komandalara azarkeşlik edirəm”
  • Dünən, 14:32
    Okan Buruk 30 ildən sonra yenə Ankarada çempion ola bilər
  • Dünən, 13:51
    “Rəqibə hörmətsizlik kimi çıxmasın, amma...”
  • Dünən, 13:30
    "Səbail" stadionu almaq istədi, AFFA razılaşmadı - ÖZƏL
  • Dünən, 13:09
    Mahirin komandası Sivas səfərində
  • Dünən, 12:58
    Daha iki taekvondoçumuz Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb
  • Dünən, 12:37
    MY-də hamını arxada qoydu
  • Dünən, 12:16
    MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir - FOTOLAR
  • Dünən, 11:55
    “Neftçi”yə 19, “Sabah” və “Qəbələ”yə 23 potensial rəqib - Konfrans Liqası
  • Dünən, 11:34
    “Qarabağ”ın ÇL-nın təsnifat mərhələlərindəki növbəti potensial rəqibləri
  • Dünən, 11:13
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
Daha çox
Oxunub: 3 805
Fransalı futbolçu "Qarabağ"da - RƏSMİ
Oxunub: 2 293
“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı
Oxunub: 1 649
Türkiyə klubu “Neftçi”nin işini çətinləşdirdi
Oxunub: 998
MOİK futbolçuları hansı oyunu qumara qoyub?
Oxunub: 833
Başı toy tədarükünə qarışan baş məşqçini yeni mövsümdə nə gözləyir?
Oxunub: 747
"Turan Tovuz"un bombardiri təklifləri dəyərləndirəcək - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə