“Liverpul” ciddi itki ilə üzləşib.
Komandanın hücumçusu Sadio Mane sıradan çıxıb. Seneqallı futbolçu milli komandasının DÇ-2022-in seçmə mərhələsində Toqoya qarşı keçirdiyi oyunda (1:1) zədələnib. Matçın 27-ci dəqiqəsində xəsarət alan Mane meydanı tərk etməyə məcbur olub.
İlkin xəbərlərdə onun qabırğa və ya omba nahiyyəsindən zədə aldığı bildirilir. Sadio artıq cümə günü “Liverpul”un düşərgəsinə qayıdıb. Onun sıraya nə vaxt dönəcəyinə yalnız geniş müayinədən sonra aydınlıq gələcək.