İngiltərə yığmasının sabiq oyunçusu Ron Flauers dünyasını dəyişib.
O, 87 yaşında vəfat edib. “Vulverhempton”dakı çıxışı ilə tanınan Flauers bu klubda 1952-67-ci illərdə top qovub. “Canavarlar”la üç dəfə İngiltərə çempionluğunu qazanıb. Onun ən böyük uğuru isə milli komanda ilə DÇ-1966-nın qalibi olmasıdı.
Yeri gəlmişkən, Flauersin ölümü ilə həmin mundialların vəfat etmiş qaliblərinin sayı 16-ya çatıb. Hazırda İngiltərə yığmasının çempion olmuş heyətindən yalnız 6 nəfər – Bobbi Çarlton, Corc İsthem, Yan Kallaqan, Terri Peyn, Ceff Herst və Corc Koen həyatdadı.